Qış günü evi də yandı, maşını da

KANAL S (REGİON TV) xəbər verir ki, Zaqatalada fərdi yaşayış evində yanğın qeydə alınıb. Hadisədə ev sahibinə məxsus avtomobilə də ziyan dəyib.

Yanğın dünən axşam saatlarında Zaqatala rayonunun Bəhmədli kəndində baş verib. Kənd sakini Uluxanov Sahibə məxsus ikimərtəbəli, 6-otaqlı, ümumi sahəsi 370 kv.m olan fərdi yaşayış evi anidən alışıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, otaqların tavan və döşəmə hissəsinin yanar konstruksiyaları və içəridə olan ev əşyaları yanaraq yararsız hala düşüb. Alovun ətrafa yayılması nəticəsində evə bitişik yardımçı tikilidə saxlanılan, ev sahibinə məxsus "VAZ-21011" markalı avtomobilə də ziyan dəyib. Hadisə yerinə FHN-in Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun daha da genişlənməsinin qarşısı alınıb. İlkin ehtimala görə, hadisəyə mətbəxdə olan odun sobası səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Длительность: 0:55 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео