Tərtərdə qəbirlər su altında qalıb

Tərtərdə yerləşən qəbristanlıqda xoşagəlməz hal yaşanaır.

"Qafqazinfo" xəbər verir ki, rayon sakinləri müraciətlərində bunu mərhum yaxınlarına qarşı hörmətsizlik kimi qəbul edirlər. Belə ki, Tərtərin Heydər Əliyev adına parkının arxasında yerləşən qəbristanlıqda qəbirlər su altında qalıb.

Buna səbəb isə oradan keçən arx suyunun ətrafa yayılmasıdır. Rayonda "Köhnə qəbristanlıq" adı ilə tanınan məzarlıq artıq uzun müddətdir ki, bu vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, arx böyük və istifadəyə yararsız olduğundan belə fəsadlara yol açır.

Длительность: 0:31 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео