"Biz silahlanmalıyıq və güc nümayiş etdirərək təcavüzkarı danışıqlar masasına əyləşdirməliyik"

Azərbaycan ordusunun ildən-ilə daha da güclənərək müasirləşməsi tendensiyası xarici təşkilatların da diqqətini cəlb edir. "U.S. News and World Report" dərgisinin araşdırmasına görə, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu barədə politoloq Arzu Nağıyevlə Kəpəz TV-nin (Region TV) efirində yayımlanan "Bu həftə" proqramında ətraflı müzakirələr aparmışıq.

- Arzu müəllim, Davos İqtisadi Forumunda maraqlı bir məlumat açıqlanıb. "U.S. News and World Report" dərgisinin araşdırmasına görə, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Sizcə, amerikalı araşdırmaçılar niyə bu nəticəyə gəliblər? Belə qənaətə gəlmək üçün hansı əsaslar var?

- Ümumiyyətlə, həmin dərgi dəfələrlə hansı dövlətin ordusunun və yaxud dövlətin özünün kimin güclü olduğu haqqında müxtəlif statistik rəqəmlər göstərir. Budəfəki statistik rəqəmləri dərc etdiyi vaxt da əsasən dünyada olan ən güclü 60 ordu haqqında məlumatlar yayıb. Büdcədən maliyyələşməsinə və müasir silahlarla təmin edildiyinə görə Azərbaycan ordusu bu siyahıda 38-ci yerdədir. Təbii ki, dünyanın 60 güclü ordusunun içində Azərbaycan ordusunun 38-ci yerdə qərarlaşması bu özü müsbət haldır.

- Amerikalı araşdırmaçıların reytinqin tərtibatında əsaslandıqları əsas faktlardan biri də hərbiyə ayrılan vəsaitin ÜDM-də payıdır. Bizdə bu göstəricini başqa ölkələrdəki eyni göstərici ilə müqayisə etsək, hansı qənaətə gəlmək olar?

- Ümumiyyətlə təhlükəsizlik, ordu quruculuğu amili hər bir dövlət üçün önəmli bir məsələdir. Məlumdur ki, Azərbaycan müharibə şəraitində yaşayan bir dövlətdir. Bizim bir nömrəli Dağlıq Qarabağ kimi prioritet məsələmiz var. Əgər fikir versək, 2015-ci ilin büdcəsi ilə müqayisə etdikdə bu gün ordu üçün ayrılmalar 59-60 milyon dollardan çoxdur. Bu gün orduya büdcədən ayrılma 1,8 milyard manat hesablanır ki, bu da çox böyük bir rəqəmdir. Bundan başqa, Azərbaycan ordusunun silahlanması, təlimlərin keçirilməsi üçün bir sıra müqavilələrimiz var. Məhz buna görə də dünya miqyasında ÜDM-in neçə faizinin orduya yönəlməsi çox önəmli bir rəqəmdir. Bu rəqəmlərin əsasında da bu hesablamalar aparılır.

- Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Torpaqlarımız işğal altındadır. Sizcə, ordumuzun gücü barədə bu cür siqnallar işğalçının danışıqlardakı mövqeyinə təsir göstərə bilərmi?

- Ümumiyyətlə, güclə həmişə razılaşırlar. Biz dəfələrlə qeyd etmişik ki, ermənilərə güc nümayiş etdirməklə onları danışıq masasına əyləşdirmək olar. Təbii ki, biz sülh tərəfdarıyıq. Lakin bu gün biz gecikirik. İstər regionda, istərsə də dünyada meqalayihələri həyata keçirmək üçün torpaqlarımızın azad ediməsi ön plana çəkilir. Bunun üçün də güc nümayiş elətdirməklə təcəvüzkarı, qəsbkarı danışıqlar masasına əyləşdirmək lazımdır. Düşünürəm ki, müasir silahlarla təchiz olunmaq lazımdır. Bundan başqa, orduda ruh yüksəkliyi, qələbə əzmi olmalıdır. Bizim heç kimin torpağını zəbt etmək fikrimiz yoxdur, nə qədər güclü silahlarımız olsa, artıq vəsait ayrılsa da əsas məsələ bizim torpaqlarımızın işğaldan azad edilməsidir. Bu istiqamətdə də biz silahlanmalıyıq və güc nümayiş etdirərək təcavüzkarı danışıqlar masasına əyləşdirməliyik.

- Bir vacib məqam da ondan ibarətdir ki, Ermənistanda ordunun əsl vəziyyəti, itkilər barədə məlumatlar əhalidən gizlədilir. Sizcə, həqiqətlərin Ermənistan vətəndaşlarına çatdırılması üçün, hakimiyyətin onları uçuruma apardığını izah edilməsi üçün nə etmək olar?

- Ümumiyyətlə müharibə gedən dövlətlərdə müharibə tək silahlarla aparılmır. Bunun ən güclü yolu təbliğat və təşviqatdır. Bütün dünyada hər hansı bir dövlətin sonuna çıxmaq üçün mütləq bu yoldan istifadə edilməlidir. Bu gün elektron kütləvi informasiya vasitələri, saytlar, sosial şəbəkələr demək olar ki, hamısının istiqamətində Ermənistan haqqında bir xətt işləməlidir və işləyir. Bu gün qarşı tərəf itkilərinin sayını gizlətməyə çalışsa belə, biz bu barədə tam dəqiqiliyi ilə məlumatlar əldə edə bilirik. Bu məlumatları nə qədər gizlətsələr də, döyüş taktikası var ki, hücum edən tərəf hər zaman daha çox itki verir. Son zamanlar ermənilərin həyata keçirdiyi hücumlarda azərbaycan ordusu 1 itki verirsə, onlar bizdən dəfələrə artıq itkilər verirlər.

- Siz ümumiyyətlə torpaqlarımızın hərb yolu ilə azad olunması variantını nə dərəcədə real hesab edirsiniz?

- Mənim subyektiv fikrim belədir ki, 3 yol var - hərb yolu, sülh yolu, bir də sülh və hərb yolu. Düşünürəm ki, hərbi gücü nümayiş etdirməklə onları sülhə təhrik etmək olar. Çünki təcəvüzkar elə təcəvüzkardır. Bu tək erməni-Azərbaycan məsələsi olsa, biz çoxdan öz torpaqlarımzı azad etmişdik, hətta bəlkə də keçmişdə itirdiyimiz torpaqları da almışdıq. Çox təəssüf ki, erməni dövlətinin havadarları var... Əsas məsələ odur ki, biz qarşı-qarşıya dursaq, o torpaqları çoxdan azad edərdik. Buna baxmayaraq, biz, təbii ki, öz torpaqlarımızı işğaldan azad edəcəyik, çünki Azərbaycanda müasirləşmiş ordu formalaşır.

- Dünyanın nəhəng dövlətlərinin hərbi xərcləri yüzlərlə milyard dollardır. Müasir dünyada, 21-ci əsrdə güclü ordunun olması nə dərəcədə vacibdir? Və yaxud da orduya yüzlərlə milyard dollar sərf etməkdənsə həmin pulu daha humanist məqsədlərlə xərcləmək yaxşı olmazdımı?

- Bu gün bütün o proseslər səbəb və məqsəddən doğur. Yəni hansı səbəbə qədər hansı məqsədlə bu qədər vəsait xərclənərək silah alınır. ABŞ öz ərazisində heç bir müharibə aparmır. Buna baxmayaraq dünyanın bütün nöqtələrində terrorla mübarizə adı ilə çox böyük vəsaitlər xərcləyir. Eyni zamanda Rusiya... Bu gün bu məsələlərin hamısının qarşısında terrorla mübarizə, dövlət və dövlətçiliyə olan təhdidin qarşısını almaq dayanır. Yəni bu gün sizin qeyd etdiyiniz humanist məqsədlər məsələsi alınmır. Bunun bir yolu var - güc tətbiq etmək. Güc üçün isə müasir silahlar lazımdır. Bu gün Azərbaycan ordusunun güclənməsinə heç kim irad tuta bilməz ki, niyə bu qədər xərclər ödənilir. Çünki bu gün qarşımızda Ermənistan və onun havadarları qədər ən böyük düşmənimiz dayanıb. Bu gün bu cür terror təşkilatlarının, istər Azərbaycanın torpaqlarını zəbt etmək istəyən digər qüvvələrin qarşısının alınması üçün biz o xərcləri istifadə etməliyik. Bu gün dünyada elə ölkələr var ki, heç müharibə aparmırlar, ancaq öz ordu quruculuğuna vəsait ayırırlar. Təbii ki, büdcə və xərclər imkan verirsə, bundan da istifadə etmək lazımdır. Humanizm təbii ki, yaxşı haldır. Ancaq humanizmlə siyasəti də qarışıq salmaq olmaz. Bu gün istənilən siyasəti aparmaq üçün dövlət güclü olmalıdır. Yəni, dövlətin və dövlətçiliyin güclü olması qarşıdakı digər məsələləri həll etmək üçün çox önəmlidir.

Qeyd edək ki, mövzu ilə bağlı suallarımızı cavablandıran siyasi şərhçi Arzu Nağıyevin fikirlərini "Bu həftənin qonağı" rubrikasından daha ətraflı izləyə bilərsiniz...

Milli.Az

Длительность: 14:33 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Azərbaycan ordusu
Пожаловаться

Похожие видео