Evdən qaçıb intihara cəhd edən qadın: "Onu hələ də sevirəm..."

Onu həyat hər kəsdən çox sınayıb. Deyir ki, əgər onun həyatından, keçirdiyi günlərdən bir serial çəkilsə, ən dramatik filmləri belə geridə qoyar.

Qadın sığınacağında tanış olduğum Aytən (ad şərtidir) bir neçə ay öncə həyat yoldaşını və uşaqları tərk edərək evdən qaçıb. Onun ailəsini gecə ikən tərk etməsinin səbəbi həyat yoldaşının alkoqol asılılığının olması və içdikdən sonra ona qarşı zorakılıq tətbiq etməsi olub. Ailədə fiziki təzyiqlərlə, xəyanətlə, təhqirlə üzləşən Aytən 4 övladını da tərk edərək Şəmkir rayonundan Bakıya gəlib. Avtovağzaldan dənizkənarı bulvara üz tutan qadın burada intihara cəhd edib, lakin ətrafdakı insanların müdaxiləsindən sonra xilas olub. Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən Aytənə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına getmək məsləhət görülüb.

Длительность: 8:16 Просмотров: 3.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео