Toppuş bacı boşanır?

Daha bir məşhurun boşanma xəbəri şəhərə ildırım sürəti ilə yayıldı. Hər kəsin toppuş bacı kimi tanıdığı aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı Röyalla yollarını ayırdığı iddia edildi.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Tünzalə xanım bu xəbərə "ATV Maqazin onlarla" verlişində aydınlıq gətirib:

"Hər deyilən söz doğru olmur. Bir də hər sözü ürəyimə salıb, dərd etmək istəmirəm. Sosial şəbəkədə fotomuzun altından yazırlar ki, "bunlar boşanmadılar?". Bilmirəm, bu nə vaxta kimi davam edəcək. Onlar əməllərinə davam eləsinlər. Mən həyat yoldaşımla xoşbəxt həyat yaşayıram. Neçə ildir ailə həyatı qurmuşuq, bir gün bir-birimizdən ayrı qalmamışıq. Qarşılıqlı hörmət və sevgi var. Niyə xoşbəxt olmayım? Allah mənə arzuladığım hər şeyi nəsib edib. O mənə "gülüm", mən ona "eşqim" deyə müraciət edirik".

Övlad arzusunda olan Tünzalə Əliyeva Allahdan şirin pay istədiyini bildirdi:

"Allah qismət eləsin. Yoxdursa, bunula həyatımı qaraldıb, depressiya yaşamıram".

Milli.Az

Длительность: 2:57 Просмотров: 5.4K Добавлено: 8 лет назад
Тэги: aktrisa boşanma
Пожаловаться

Похожие видео