Yaşlı qadın ifası ilə "Səs Azərbaycan"da hər kəsi ağlatdı

9438 Просмотров

Добавлено: 23.01.2016
Категории: Музыка
Тэги: ifa , Səs Azərbaycan

Dünən "Səs Azərbaycan" layihəsində "Döyüşlər" ərhələsinə yekun vurulub. Axşam.az-ın məlumatına görə, turun son duetində Natella Mixaylova və Ozan Əhmədov rusiyalı müğənni Filipp Kirkorovun repertuarından "Su-Alov" mahnısını səsləndiriblər. Münsiflər kürsüsündə oturan xalq artisti Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva və Manana hər iki iştirakçını ifasına görə tərifləyiblər. Komanda rəhbəri, xalq artisti Mübariz Tağıyev şən əhval-ruhiyə ilə studiyanı coşduran iştirakçılar arasında seçim edərək növbəti mərhələyə Ozanla davam edib. M.Tağıyev səhnəyə çıxaraq Natellanın əlindən öpüb. Xanım iştirakçı sonda yarışmadakı hər kəsə təşəkkür edərək çıxışını musiqiylə bitirib. Onun "mənim edə bilmədiklərimi, qoy, gənclər etsin" cümləsi münsiflər heyətindəki hər kəs kövrəlib. Milli.Az