Məktəbdənkənar təhsil müəssisələrinin əhəmiyyətini bilirikmi?

229 Просмотров

Добавлено: 23.01.2016
Категории: Разное
Тэги: məktəb

Uşaqların maraq və bacarıqlarının, intellektual səviyyələrinin üzə çıxarılmasında, onların yaradıcılıq qabiliyyətlərinin inkişafında və fiziki cəhətdən sağlam böyümələrində məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti danılmazdır. Mütəxəssislər hesab edir ki, məktəbdənkənar təhsil uşaqların psixoloji cəhətdən sağlam formalaşması ilə yanaşı, onlarda kollektivçilik təcrübəsinin yaranmasında böyük rol oynayır. Beynəlxalq təcrübədə valideynlər uşaqlarını kiçik yaşlarından müxtəlif dərnəklərə yazdırır və onların daxili bacarığını kəşf etməyə başlayırlar. Bəs ölkəmizdə məktəbdənkənar təhsilə valideynlərin münasibəti necədir? “Təhsil” televiziyası Trend informasiya agentliyi ilə birgə layihə çərçivəsində bu məsələ ilə bağlı valideynlərin fikirlərini öyrənib.