Paytaxta giriş-çıxış asanlaşdırılır

814 Просмотров

Добавлено: 23.01.2016
Категории: Разное

"Azəryolservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, paytaxt Bakının giriş-çıxış yollarında vətəndaşların və nəqliyyat vasitələrinin rahat, maneəsiz, təhlükəsiz şəkildə hərəkətini təmin etmək, nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində müsbət dəyişikliyə gətirib çıxarmış işlər həyata keçirilib. Cəmiyyətdən bildiriblər ki, qərb və cənub istiqamətindən gələn və paytaxta cənub girişdən daxil olan nəqliyyat yükünü xeyli yüngülləşdirən Bakı Dairəvi-1 avtomobil yolunda aparılan təmir-tikinti işləri həmin istiqamətdə nəqliyyat axınına müsbət təsir edərək sıxlığın aradan qaldırılmasına, vətəndaşların daha rahat bir yolla mənzil başına çatmağına yardımçı oldu. Paytaxtın cənub giriş-çıxışında nəqliyyatın hərəkətində edilmiş daha bir dəyişiklik də nəqliyyat axınına müsbət təsir etmiş oldu. Belə ki, Səbail rayonu "20-ci sahə" deyilən ərazidə sıxlığın aradan qaldırılması və "Lökbatan" dairəsi istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədi ilə "Bibiheybət yolu"nda ("Bibiheybət" məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin iki istiqamətli hərəkətinin təşkili üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aparılan işlər aparıldı.