Adı "qırmızı kitab"da, özü açıq satışda

Növbəti xəbərimiz ilanbalığı barədədir. O balıq ki, adı "qırmızı kitab"a düşüb, ancaq bazarlarda açıq satışdadır.

Qiyməti adi balıqdan dəfələrlə ucuzdur. Özü sümüksüz, dadı da özünəməxsusdur. Söhbət ilanbalığından gedir. Balığın bu növünə paytaxt bazarlarında az rast gəlinsə də, bölgələrdə daha çox satılır.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, alıcılar ilanbalığının insan səhhəti üçün faydalı olduğunu desələr də, satıcılar bu balığa maraq göstərənlərin hər ötən gün daha da azalmasından gileylənirlər.

Bəs görəsən faydalı olması ilə yanaşı, qiyməti də ucuz olan bu balığın satışı niyə azalıb?

İlanbalığı insan səhhəti üçün faydalı olsa da, bəzi xəstəliklərdən əziyyət çəkənlər ondan uzaq durmalıdırlar. Xüsusilə də şəkər və ürək-damar xəstələri.

Maraqlıdır ki, ilanbalığının ovlanmasına qadağa qoyulsa da, paytaxtda və bölgələrdə onun satışı açıq şəkildə həyata keçirilir. Üstəlik, satıcılar da bu qadağalardan xəbərsizdirlər.

Milli.Az

Длительность: 2:23 Просмотров: 4.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: ilanbalığı
Пожаловаться

Похожие видео