Bu yolda piyada keçidi yoxdur

Bakı dairəvi yolu sürət həddinin yüksək olduğu magistrallardan biridir. Bu yolda ya yeraltı, ya da üst keçid olmalıdır. Amma yolun Yasamal rayonu ərazisindən keçən hissəsində, ümumiyyətlə, piyada keçidi yoxdur. Bu da həmin ərazidə yaşayan insanlarin həyati üçün risk yaradır.

İnsanlar özlərini risqə ataraq avtobusa minmək və ya düşmək üçün avtomobillərin saatda 110 kilometr sürətlə hərəkət etdiyi yoldan keçir. Buna səbəb magistral yolda piyadalar üçün keçidin nəzərdə tutulmamasıdır.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, Qanlı gölün qərb sahilində yaşayan sakinlər Bakı dairəvi yolunda hər gün eyni problemlə qarşılaşırlar.

Ərazidə 300-dən çox ailə yaşayır. Ancaq buna baxmayaraq yolun bir hissəsində nə yerüstü, nə də yer altı piyada keçidi var. Hər gün şəhərə gedib gələn sakinlər avtomobillərin yüksək sürətlə hərəkət etdiyi bu yolu keçmək məcburiyyətində qalırlar.

Sözü gedən məsələ ilə bağlı ''Azəryolservis'' Açıq Səhmdar Cəmiyyətindən bildirdilər ki, həmin ərazidə piyada keçidinin olmamasına səbəb Bakı dairəvi yolu salınan zaman orda insanların az yaşaması olub, sonradan isə tikilən evlərin sayı artıb. Problemin həlli üçün sakinlər rəsmi müraciət etməlidir. Daha sonra isə müraciət araşdırıldıqdan sonra əgər ehtiyyac olarsa yolda piyada keçidi tikilə bilər.

Milli.Az

Длительность: 1:56 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: yol piyada keçidi
Пожаловаться

Похожие видео