Yolun hərəkət hissəsində alver

414 Просмотров

Добавлено: 22.01.2016
Категории: Разное
Тэги: alver , yol

Avtomobil yolunun hərəkət hissəsində alverlə məşğul olanları yəqin ki, əksər sürücülər görüb. Bu şəxslər öz həyatlarını təhlükəyə atmaqla yanaşı, yolda qəza riski də yaradırlar. Yolun hərəkət hissəsində sürücülərə reklam məqsədilə müxtəlif xidmətlərlə bağlı elan mahiyyətli kartlar paylayır. Başqa bir yolda isə bir nəfər eyni qaydada gül satır. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, görüntülər Paytaxtın Binəqədi rayonu Ziya Binyadov prospekti və Nərimanov rayonu Əhməd Rəcəbli küçəsindəki yollardandır. Əhməd Rəcəbli küçəsindəki bu yolda biri masaj salonun reklamını paylayır, digəri isə əlində müxtəlif əşyaları sürücülərə satır. Onlar öz həyatını təhlükəyə atmaqla yanaşı sürücülər üçün qəza şəraiti yaradır. Hətta bu hallar post patrul və yol polisi əməkdaşlarının gözləri qarşısında baş verir. Digər bir məqam bəzi sahibkarlar tərəfindən fiziki qüsurlu şəxsləri bu işə cəlb edilməsidir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözcüsü Vaqif Əsadov belə hallarla mübarizə aparıldığını, təkcə ötən il 300 belə şəxs barəsində inzibati cərimə tətbiq edildiyini bildirib. Milli.Az