Balıq alarkən diqqətli olun!

Son vaxtlar qida zəhərlənmələri aktual xarakter daşıyır. Məhsulların saxlanılması qaydalarına riayət olunmaması, vaxtı keçmiş ərzaqdan istifadə, diqqətsizlik kimi səbəbləri buna göstərmək olar. Xarici təsirlərə qarşı daha həssas olan ərzaq arasında balıq və balıq məhsullarını xüsusi qeyd etmək lazımdır. Buna görə də bu məhsulu alarkən diqqətli olmanız məsləhətdir. Əks təqdirdə zəhərlənmə kimi hallar qaçılmaz olacaq.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, bazarlarda, yarmarkalarda, ticarət obyektlərində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı qadağandır. Bununla belə, insanlara bu məhsulları alarkən diqqətli olmaları tövsiyə olunub. Zülal, yağ, mineral maddələr, vitaminlərlə zəngin balıq və balıq məhsullarının saxlanma qaydalarına riayət etmədikdə tərkibi dəyişir ki, bu da zəhərlənmələrə səbəb olub. Buna görə də, insanlar balığın köhnə olub-olmamasını müəyyənləşdirməyi bacarmalıdırlar. Ticarət obyektlərində balıq diri, hisə verilmiş, qaхac edilmiş, duza qoyulmuş, konservləşdirilmiş şəkildə satılır. Bəs, görəsən, təzə məhsulu necə ayırd etmək olar?

Yadda saxlamaq lazımdır ki, istənilən məhsul, ilk növbədə, xarici görünüşü ilə diqqət çəkir. Təzə balığın dərisi hamar, təmiz, parıltılı, gözləri isə şəffaf olur. Daha çox arxayın olmaq üçün isə onu ələ götürüb qəlsəmələrin arasını qoxulamaq lazımdır.

Длительность: 1:54 Просмотров: 3.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: balıq
Пожаловаться

Похожие видео