Paytaxtda maşın ustası avtomobil düzəltməkdən yorulub, oğurluğuna başladı

Avtomobil düzəltməkdən yoruldu, onları oğurlayıb satmaq qərarına gəldi. Bakıda 34 yaşlı Azad Dəmirov əliəyriliyə 2014-cü ildən başlasa da, qoluna qandal hələ indi taxılıb. Kəpəz TV (Region TV) xəbər verir ki, iki il öncə maşın oğurlayan Azad peşəsindən yararlanıb, maşına dəyişiklik edərək satıb. Sonradan Mahir və Tahir Atakişiyevlərlə tanış olaraq yenidən oğurluğa başlayıb. Yasamal rayonu 2-ci Alatava adlanan ərazidə ümumilikdə üç maşın qaçıraraq satıblar. Atakişiyevlər ötən ilin oktyabrında Xəzər polisi tərəfindən həbs ediliblər. Azad Dəmirovu isə Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsinin əməkdaşları zərərsizləşdiriblər.

Azad Dəmirov qaçırdığı avtomobilləri yaşadığı Müşviqabad qəsəbəsinə icarəyə götürdüyü sexdə gizlədib, texniki kodlarına dəyişikliklər edirmiş. O, Yusif Nuriyevə məxsus "Tofaş" markalı maşını 1300 manata, "VAZ 2106"-nı isə 1500 manata satıb. Hazırda onun barəsində toplanan materiallar araşdırılması üçün yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

Длительность: 1:42 Просмотров: 3.1K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео