Bu dəfə torpaq oğurladılar

Bu dəfə sizə torpaq satanlardan danışacağıq. Amma, daşınmaz əmlak yox, yük maşını ilə torpaq satanlardan. Belə şəxsləri yüksək məbləğdə cərimə gözləyir. Bağ qazılaraq torpağı daşınıb. Naməlum şəxs və şəxslər bu dəfə torpaq oğurlayıblar.
Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, Elşən Nəbiyev Novxanı bağlar massivində yerləşən bağına gələrkən gördüyü mənzərədən təəccüb hissi keçirib. Bağda olan torpaq səhəsindən 1050 kub torpaq qazılaraq oğurlanıb. Belə hallara tez-tez rast gəlinməsə də torpaq satışını gündəmə gətirib. Bakıda əkinə yararlı torpaq satanlar əsasən Binəqədi rayonu Sulutəpə qəsəbəsində Şamaxı yolunun üzərində toplaşırlar.

Ancaq çəkilişi görəndə uzaqlaşmağa başladılar. Məlum oldu ki, onlar torpağı müxtəlif bölgələrdən gətirməklə bir maşınını 90-160 manat arasında satırlar. Qısa söhbətdə məlum oldu ki, onlar torpağı rayonlardan özbaşına yığıb gətirirlər.

Длительность: 2:10 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: torpaq oğurluq
Пожаловаться

Похожие видео