Azərbaycanda sərnişinə görə sürücü cərimələnəcək

Statistik məlumatlar göstərir ki, motosiklet qəzalarında ölüm riski xeyli yüksəkdir. Bu riski azaltmağın yollarından biri motodəbilqədən istifadədir. Təkcə motosiklet sürücüsü yox, sərnişinin də kaska taxması qəzaların ağır nəticəsi ilə yanaşı, onları yüksək cərimədən də azad edə bilər.
Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, 2014-cü il ərzində Bakıda baş verən 19 motosiklet qəzasında 11 nəfər ölüb, 6 nəfər də ağır xəsarət almışdı. Motosiklet qəzalarında ölüm riskinin çox olduğunu göstərən statistika kaska taxmağın əhəmiyyətini gündəmə gətirir.

Mayın 1-də qüvvəyə minəcək İnzibati Xətalar Məcəlləsində kaska taxmadan motosiklet sürənlər və sərnişinləri də yeni qayda ilə cərimə olunacaq, onlara elektron protokol tərtib ediləcək.

Yeni qaydalara görə sərnişinin kaska taxmamasına görə motosiklet sürücüsü də məsuliyyət daşıyacaq.

Əvvəllər sərnişin kaska taxmadığına görə 30 manat cərimə edilirdi. Yeni məcəllədə isə sərnişinə cərimə 10 manata endirilib, sürücünün cəriməsi 40 manat müəyyən edilib. Əsas səbəb odur ki, sürücünü asanlıqla müəyyən etmək olur.

Sərnişinlə bağlı isə vizual axtarışdan başqa yol yoxdur. Sonradan sərnişinin kimliyini müəyyən etmək çətin olduğundan, onun da cəriməsini sürücü ödəməlidir.

Длительность: 2:02 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео