Borca görə yeznəsini öldürdü

Yeznəsi ilə mübahisə edən oğlan onu bıçaqlayaraq qətlə yetirib. Hadisə Bakıxanov qəsəbəsində olub. Balaxanı qəsəbəsində isə 3 maskalı cinayətkar evə basqın edərək yaşlı ər-arvadın əl qolunu bağlayaraq, evdən külli miqdarda pul və qızıl götürüblər.

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, pul üstündə yeznəsini bıçaqlayaraq qətlə yetirdi. Ağır cinayət gecə Bakıda Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 15 gün əvvəl ata olan 25 yaşlı Asif İsmayılov həyat yoldaşı və övladına baş çəkmək üçün qayınatasının evinə gedib. Orada Asif İsmayılov ilə 20 yaşlı qaynı Ziya Əzizov arasında mübahisə düşüb.

Mübahisə zamanı qayın yeznəsini bıçaqlayıb. Asif İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisədən sonra Ziya Əzizov könüllü olaraq ərazi üzrə 13-cü polis bölməsinə gələrək təslim olub. İlkin məlumata görə, mübahisəyə borc pul söhbəti səbəb olub. Belə ki, Asif İsmayılovun qayınatası onun bacısından faizlə 2 min manat alıb. Borc vaxtında qaytarılmayıb və Asifin bacısı narazılığını bildirib.

Длительность: 1:26 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: borc yeznə bıçaq
Пожаловаться

Похожие видео