Oğuz və Şamaxıda şəhidlərimiz yad edilib

KANAL S (REGİON TV) xəbər verir ki, Oğuzda keçirilən "Şəhidlər unudulmur" adlı tədbirdə 20 Yanvar faciəsinin baş vermə səbəbləri haqqında məlumat verilib. Bu faciəni doğuran o vaxtkı ictimai-siyasi mənzərə təhlil olunub. Faciə Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda mübarizə tariximizə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Qanlı Yanvarda şəhid olanların xatirəsi yaddaşlardan heç vaxt silinməyəcək. Tədbirdə şagirdlər, uşaq yaradıcılıq mərkəzlərinin kollektivlərinin hazırladığı kompozisiya və səhnəciklər nümayiş olunub.

Şamaxıda səhiyyə işçiləri 20 Yanvar faciəsinin ildönümünü qeyd ediblər. Tədbirdə bu qəhrəmanlıq səlnaməsinin xalqımızın milli azadlıq hərəkatının başlanğıcı olduğu bildirilib. 20 yanvar günü öz ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi kimi Azərbaycanın qəhrəmanlıq tarixinə həkk olunub. Həmin vaxt paytaxt Bakıda təcrübə keçən Şamaxıdan olan bir neçə səhiyyə işçisi də o dəhşətli gecənin şahidi olub. Onlar faciə ilə bağlı təəssüratlarını bölüşüblər.

Длительность: 1:08 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: 20 Yanvar faciəsi
Пожаловаться

Похожие видео