Güclü külək fəsad törətdi

318 Просмотров

Добавлено: 20.01.2016
Категории: Разное
Тэги: Külək , fəsad , dam örtüyü

Güclü külək bölgələrdə xeyli fəsad törədib. İrigövdəli ağaclar aşıb, bəzi binaların dam örtüyü uçub, bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, ötən gün axşam saatlarından başlayan güclü külək Qubanın bir sıra ərazilərində irigövdəli ağacları aşırıb və bəzi obyektlərin dam ötuyünü uçurub.Külək işiq dirəklərindəki lampaları da sındırıb.Rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb.Quba Elektrik Şəbəkəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb edilib və axşam saatlarında elektrik enerjisinin verilişi bərpa olunub. Lənkəranda isə Səttərxan küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyü uçub.Binanın həyətinə düşən dam örtüyü qaz və su xətlərinə də ciddi ziyan vurub. Ağaclar qırılaraq yola aşıb.Elektrik naqilləri də qırıldığından rayon ərazisinə enerjinin verilməsində fasilələr yaranıb. Güclü külək Astarada da fəsadlara yol açıb.ələt-Astara magistralının Pensər kəndindən keçən hissəsində irigövdəli çinar və şam ağacları yola aşıb.Bu səbəbdən də nəqliyyat vasitələrinin hərəkətində 30 dəqiqəyə yaxın müddətdə sıxlıq yaranıb. Hazırda bölgədə küləkli hava şəraiti davam edir.