Benzini qarışdırmaq olmaz

646 Просмотров

Добавлено: 20.01.2016
Категории: Разное
Тэги: benzin , avtomobil , sürücü

Bəzən sürücülər avtomobil yanacağı kimi müxtəlif növ benzinlərin qarışığından istifadə edirlər. Onların fikrincə, bu mühərrikin işinə müsbət təsir edir. Amma ustalar əksini iddia edir. Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, bəzən sürücülər avtomobilə Aİ 92 və 95 markalı benzinini qarışdıraraq tökür, bunun həm xərcə qənaət, həm də mühərrikin işləməsinə faydalı olduğunu düşünürlər. Mütəxəssis isə bildirir ki, bütün avtomobillərin yanacaq çəninin qapağında istesahlçı zavod tərəfindən ona yğun benzinin markası yazılır. Sürücülər buna uyğun yanacaqdan istifadə etməlidirlər. Avtomobil ustaları benzinin qarışdırılıb avtomobilə tökülməsinin yalnış olduğunu deyirlər. Ustanın sözlərinə görə, yanacağın qarışdırılması avtomobilin mühərikinin ömrünü azaldır. Avtomobil mərhələli olaraq dartınma ilə işləyir və qara tüstü xaric edir.