Avtovağzalda son vəziyyət nə yerdədir?

Bakı Beynəlxalq Avtovağzalının ərazisində yaranan çatlar nisbətən genişlənib. Buna səbəb ağır texnikaların bərkitmə işlərinə cəlb edilməsidir.

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, ağır texnikalar əraziyə cəlb olunub. Torpaq bir neçə yerdən deşilir, dəmir troslar bərkidilir və beton tökülür. Bakı Beynəlxalq Avtovağzal ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri davam edir.

Avtobus dayanacağı olan hissədə ineksiya işləri görülüb. Yəni yer bir neçə yerdən 20-30 metr dərinlikdə deşilərək beton tökülüb.

Hazırda ərazidə tikiləcək 5 tavadan 1-də işlərə başlanılıb və armaturlama işləri aparılır. Yamacın aşağı hissəsində isə 4 ədəd 16 metr uzunluğunda istinad divarının tikintisi nəzərdə tutulub. Ərazidə ağır texnikaların işləməsi Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətinə təsirsiz ötüşmür

Ərazidə ağır texnikaların işləməsi Bakı-Sumqayıt yolunun şəhər istiqamətində olan hissəsinə də təsir edib. Belə ki, yolun bu hissəsində yaranan çatlar nisbətən genişlənib və çökmə əmələ gəlib. Bərkitmə işləri tam yekunlaşdıqdan sonra Bakı-Sumqayıt yolunun deformasiyaya uğramış hissəsi də tam bərpa ediləcək.

Длительность: 1:45 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео