Dükanlarda ərzaqların tarixi saxtalaşdırılır

Məhsulların üzərindəki son istifadə tarixi bəzən aldadıcı ola bilər. Çünki bu tarixi silib yenisini yazmaq heç də çətin proses deyil. Ancaq belə saxtakarlıqların qarşısını almaq üçün mütəxəssislərin təklifləri var.
Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, istehlakçılar ərzaq məhsullarının üzərindəki etiketlənmədən, xüsusilə də istifadə müddəti ilə bağlı saxtakarlıqlardan narazıdırlar. Marketoloqlar da bu cür halların mümkünlüyünü təsdiqləyirlər. Üstəlik elə məhsullar var ki, onların üzərində tarixin göstərildiyi hissə asanlıqla dəyişdirilə bilər.

Məhsulların üstünə bu cür məlumatların boyaqla həkk olunması isə əlavə fəsadlara səbəb ola bilir. Bu cür hallara qarşı "HASB" qida təhlükəsizliyi standartlarının tətbiq edildiyi ölkələrdə istifadə tarixi etiketləri üçün xüsusi qaydalar var. Son istifadə tarixi və digər informasiyaların məhsulun qablaşdırmasındakı forması ilə bağlı Azərbaycanda hər hansı standart tətbiq olunmur.

Длительность: 2:01 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: dükan ərzaq
Пожаловаться

Похожие видео