Viran qalmış 143 illik teatr...

TTV (RegionTV) xəbər verir ki, Gürcüstandakı yeganə Azərbaycan Dram Teatrı yox olmaq təhlükəsi ilə üzləşib. O teatr ki, 143 ildir mədəniyyətimizi ölkə xaricində layiqincə nümayiş etdirib. Əməkdaşlarımız tamaşaçı alqışına həsrət qalan teatrdan xəbər verir.

Binaya daxil olanda tamaşaçı alqışına, aktyor nəfəsinə və həvəsinə susayan boş divarların pıçıltısını duymamaq mümkün deyil. Hələ oynanılması üçün ssenarisi belə, hazır olan səhnəsiz teatr... Sanki son nəfəsində həyatın ən ağrılı-acılı, unudulmuş bir obrazını canlandırır.

Tbilisidəki Azərbaycan Dram Teatrına sahəsi 4 min kv.metr olan bina ayrılsa da, hazırda bu mədəniyyət ocağı cəmi 700 kv.metrlik sahədə yerləşir. Kollektivi narahat edən isə yalnız binanın təmirsizliyi, şəraitsizliyi deyil.

Hazırda teatrın kollektivi 12 nəfərdən ibarət gənc kadrlardan ibarətdir. 143 ildir, yəni Azərbaycan peşəkar teatrının yarandığı vaxtdan bəri fəaliyyət göstərən mədəniyyət ocağı müxtəlif millətlərin yaşadığı yad ölkədə, eləcə də, yarım milyona yaxın soydaşımıza məskən olan məmləkətdə yeganə Azərbaycan teatrı kimi mədəniyyətimizin nümayişi ilə məşğuldur.

Длительность: 1:53 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: teatr
Пожаловаться

Похожие видео