Səhvən sirkə turşusu içdi, öldü

Şəkidə zəhərlənmədən ölün faktı qeydə alınıb.

Milli.Az bildirir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi dalan 4, ev 13 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Ramiz Şahid oğlu Həmzəyev sirkə turşusu zəhərlənməsi ilə ötən gün səhər saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasında ölüb.

55 yaşlı Ramiz Həmzəyevin yanvarın 14-də axşam saatlarında yaşadığı ünvanda sərxoş vəziyyətdə səhvən sirkə turşusu qəbul etdiyi və ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Длительность: 0:30 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео