Oğrular hamilə qadına rəhm etmədilər, biabır oldular

1066 Просмотров

Добавлено: 18.01.2016
Категории: Разное
Тэги: oğru , hamilə qadın

Milli.az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, Yevlaxda oğurluq etmək istəyən qohumlar saxlanılıblar. Əlbir olan qohumlar oğurluq məqsədilə şəhərin Elçin Ağayev küçəsi, döngə 2, 130 saylı evi seçiblər. Hasardan aşaraq həyətə keçən oğrular evdə hamilə qadının olduğunu gördükdə əməllərindən əl çəkmək fikrinə düşüblər. Lakin geriyə yol olmadığını görən qohumlar qadına hədə-qorxu gəlməklə ondan pul almaq istəyiblər. Oğrulardan biri üstündəki bıçaqla evin sahibi Gülay Əhməd qızı Qədimovanı hədələyərək ondan qızıl-zinət əşyaları və pul tələb edib. Lakin özünü itirməyən zərərçəkən qışqıraraq qonşuları köməyə çağırıb. Bu zaman oğrular hadisə yerini tərk ediblər. Lakin Yevlax polisi əməliyyat axtarış tədbirləri nəticəsində hər iki şəxsi saxlayıb. Onların Yevlax rayon sakinləri Elvin Qərib oğlu Məmmədov və Əsgər Lətif oğlu Məmmədov olduğu müəyyənləşib.