Avtomobil alarkən diqqətli olun

Son vaxtlar bankların vasitəçiliyi olmadan işlənmiş avtomobillərin kreditlə alqı satqısı çoxalib. Vətəndaşlar əlavə faiz və xərclərdən azad olmaq üçün sövdələşmə ilə avtomobil sahibinə müəyyən ödəniş edir qalan məbləği isə hissə hissə ödəyir. Bəs görəsən bu cür sövdələşmələrin hansı riskləri var?

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, alan razı, satan razı işlənmiş avtomobillərin əldən ələ kreditlə satılması halları çoxalıb. Bunun başlıca səbəbi həm ikinci əl avtomobillərlə bağlı bankların kredit verilişlərini məhdudlaşdırması, həm də vətəndaşların özlərinin əlavə xərc və faiz ödəməkdən xilas olmasıdır.

Adətən bu tip sövdələşmələr şifahi aparılır. Yəni alqı satqının şərtləri hüquqi cəhətdən hər hansı bir qüvvəyə malik olmur. Tərəflərdən birinin buna riayət etməməsi mübahisələrə səbəb olur. Mütəxəsislər bu cür alqı satqıda qanuna zidd heç bir tərkibin olmadığını deyirlər. Amma gələcəkdə mübahisələrin yaşanmaması üçün prosesin notarial qaydada müqavilə ilə həyata keçirilməsini tövsiyyə edirlər.

Əks halda bu böyük problemlərə gətirib çıxara bilər. Məsələn alıcı ödəmədən imtina etməsi hətta cinayət tərkibi yarada bilər.

Digər bir məqam isə bu cür alqı satıq formasını biznesdə tətbiqidir. Yəni işəlnmiş avtomobillərin satışı ilə məşğul olanların bundan istifadəsi hüquqi nöqteyi nəzərədən doğrudurmu? Ekspert Heydər Cəfərov deyir ki, burada razılaşma şifahi həyata keçirilərsə vergidən yayınma halları baş verir. Amma iş orasındadır ki, vergi məcəlləsində bununla bağlı xüsusi maddə yoxdur.

Длительность: 1:49 Просмотров: 3.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: avtomobil
Пожаловаться

Похожие видео