Fatimə ona gələn məktubun ardınca getdi

Rəqassə Fatimə Fətəliyeva balaca fanatı Elvira ilə görüşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rəqqasə bu addımı "ATV Maqazin Onlarla" verilişinə azyaşlının qardaşı Şamxalov Orxanın ünvanladığı məktubdan sonra atıb. Azətminatlı ailə ilə görüşmək qərarına gələn Fatimə 8 yaşlı Elvira üçün alış-veriş edərək onun evinə yollanıb. Rəqqasə özünün də çətin günlər keçirdiyini deyib:

"Bilənlər bilir ki, mən özüm də pis gün keçirmişəm. Elə olub ki, çörək almağa pulumuz olmayıb. Allah elə yox yerdən sizə də qapı açacaq, möcüzəyə inanın. Qızım Aydan Elvira yaşda olanda biz çox pis vəziyyətə düşdük: atam rəhmətə getdi, anam müflis oldu. Hər şeyimizi satdıq, kirayələrdə qaldıq. Aydan ət istəyəndə onu almağa imkanımız yox idi. İnsan gərək özü-özünü ayağa qaldırsın".
Milli.Az

Длительность: 4:31 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео