"Günəşli"də qaz quyusundakı yanğının söndürülmə anı

608 Просмотров

Добавлено: 16.01.2016
Категории: Разное
Тэги: yanğın , qaz quyusu

"Günəşli" yatağında yerləşən 10 saylı dərin dəniz özülündə 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir. Belə ki, yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, zonadan kənarlaşdırılması, eləcə də fontançıların quyular ətrafında sərbəst işləməsi üçün fasiləsiz tədbirlər həyata keçirilib, quyu və quyuətrafı konstruksiyaların soyudulması işləri yanğınsöndürmə desantı tərəfindən platformanın üzərində təşkil olunub. Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində yanvarın 15-də qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olub. Özüldə yanan digər quyuların da söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir. Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən qaz quyusunda yanğının söndürülməsindən videogörüntünü təqdim edir.