Tvitter-də çalışan azərbaycanlı

Bir müddət əvvəl Azərbaycan mediasının gündəmində yer alan mövzulardan biri də azərbaycanlı gənc Tural Bədirxanlının da təsisçisi olduğu "Namomedia" şirkətinin "Tvitter" şirkəti tərəfindən alınması xəbəri idi. Hər bir azərbaycanlı üçün qürur mənbəyi sayılacaq hadisənin qəhrəmanı haqqında kiçik bir araşdırma aparmaq qərarına gəldik. Təbii ki, Tural Bədirxanlının təhsil aldığı məktəbdən başladıq, müəllimləri ilə görüşdük. Məlum oldu ki, Tural 21 yanvar 1986-cı ildə Qubada müəllim ailəsində doğulub. Elə ilk təhsilini də Quba şəhər 3 saylı orta məktəbdə alıb. 1997-2002-ci illərdə isə Qubada fəaliyyət göstərən Quba Özəl Türk Liseyində təhsil alıb. Müəllimləri ilə söhbət edərkən məlum oldu ki, Tural Bədirxanlı liseydə təhsil alarkən fizika elminə olan xüsusi marağı ilə seçilib. 2002-ci ildə isə İndoneziyada 33-cü Fizika olimpiadasında iştirak edən 4 azərbaycanlıdan biri olub və Azərbaycan komandası olimpiadadan vətənə 3 qızıl və 1 gümüş medalla dönüb. Həmin 3 qızıl medaldan birini məhz Tural Bədirxanlı qazanmışdı.

Длительность: 4:32 Просмотров: 2.9K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео