Tovuzda triller "ssenarisi": öldürüldüyü deyilən qız evə necə qayıtdı? - 1

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Tovuzda itkin düşəndən 3 gün sonra tapılan qızın soyadı Məhərrəmova deyil, Səmədova imiş.

Tovuzda 3 gün əvvəl müəmmalı şəkildə itkin düşən Zülfiyyə Səmədova bu gün səhər saatlarında tapılıb. Kəpəz TV (Region TV) xəbər verir ki, polis əməkdaşlarının axtarış-əməliyyat tədbirləri nəticəsində Əyyublu kənd sakini 21 yaşlı Zülfiyyə yaşayış olmayan tikilidə aşkarlanaraq ailəsinə təhvil verilib. O, daha sonra təcili tibbi yardım avtomobili ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaxınlarının verdiyi məlumata görə, onun səhhəti normaldır. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Длительность: 2:06 Просмотров: 3.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: qız
Пожаловаться

Похожие видео