60 manata görə iş yoldaşını 7 yerindən bıçaqladı

"Özü boynuna almayıb, guya başqası döyüb qaçıb"

Borc pul davası qanla bitdi.

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. İş yoldaşları arasında mübahisə borc pul üstə düşüb.

Hadisə Xırdalan şəhəri Heydər Əliyev prospektində baş verib. İntiqam İbrahimovu Elvin adlı iş yoldaşı bıçaqlayıb. Yaralı qohumları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər İntiqam İbrahimovun bud nahiyəsində 7-ə yaxın bıçaq xəsarətinin olduğunu bildiriblər.

İntiqam İbrahimovun qardaşının sözlərinə görə, mübahisəyə səbəb borc pul olub. İntiqamın iş yoldaşı Elvinə 60 manat borcu olub.

Zərərçəkənin qardaşı: "Qonşuya xəbər verib ki, burada xəstə var, gəlib aparsınlar. Özü boynuna almayıb heç, guya başqası döyüb, tullayıb bura, qaçıb. Qonşu aparıb xəstəxanaya".

Длительность: 1:04 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: bıçaq
Пожаловаться

Похожие видео