Nardaranın siması dəyişir

1208 Просмотров

Добавлено: 15.01.2016
Категории: Разное
Тэги: yol

"Azəryolservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, Bakının Nardaran qəsəbəsində nəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi üçün ilkin olaraq Abşeron küçəsinin yenidənqurulması işlərinə başlanılıb. Küçənin uzunluğu 2,2 km., mövcud eni isə ortalama 8 metr idi. Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı və hər iki istiqamət üzrə 2 metr enində geniş piyada səkiləri olmaqla 18 metrə çatdırılır. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılır. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilir.