Bakıda "VAZ 2107" "Mercedes"ə çırpıldı: 2 yaralı

Kəpəz TV (Region TV) xəbər verir ki, paytaxtın Nərimanov rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ziya Bünyadov prospektində 21 yaşlı Niyaz Bədiyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən maşını yol kənarında dayanan, Əsgər Əsgərova məxsus "Mercedes" markalı avtomobilə çırpıb. Zərbənin təsirindən avtomobillər deformasiyaya uğrayıb. "VAZ 2107"də olan sərnişinlər - 22 yaşlı Elman Hüseynov və Nicat Abbaslı xəsarət alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb.
Faktla əlaqədar araşdırma aparılır.

Длительность: 0:39 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео