Əllərilə əkdi, qulluq etdi, qurutdu, sonra isə tutuldu

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat zamanı külli miqdarda narkotik vasitənin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Siyəzən rayon sakini Röyal İlyasov 5 kiloqramdan artıq marixuananı 30.000 manata satmaq istəyən zaman saxlanılıb.

Röyal İlyasov: "Rusiyadan gələndə marixuana toxumunu özümlə gətirdim. Öz əllərimlə əkdim, qulluq elədim, becərdim, qurutdum. Satmağa müştəri axtarırdım. Bir nəfər 30 min manata razılaşdı, təhvil verəndə polislər gəldilər, tutdular".

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Длительность: 0:45 Просмотров: 3.2K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео