Pensiya və maaş artırılacaq

Bu il pensiya və maaşlar artırılacaq. Bununla bağlı prezident İlham Əliyev aidiyyati qurumlara tapşırıq verib. Bəs bu istiqamətdə hansı işlər görülür və artımlar nəyə əsasən həyata keçiriləcək?

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, əməkhaqqı, pensiya və müavinətlərin artımı üçün əhalinin xərcləri hesablanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin monitorinq qrupları bölgələrdə araşdırma aparır, devalvasiyadan sonra məhsulların nə qədər bahalaşdığı öyrənilir.

Topdan və pərakəndə satış bazarlarında, supermarketlərdə və xırda ticarət mərkəzlərində minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq mallarının indiki qiyməti əvvəlki qiymətlərlə müqayisə olunur.

Bahalaşma nəticəsində əhalinin xərclərinin nə qədər artdığı hesablanacaq, əməkhaqqı və sosial ödənişlər buna uyğun qaldırılacaq.

Artımlarla əlaqədar dövlət büdcəsinə yenidən baxılacaq.

Длительность: 1:45 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: pensiya maaş
Пожаловаться

Похожие видео