Bakının mərkəzi küçələri bağlandı

"Formula 1" yarışına hazırlıqla bağlı ötən gecədən Neftçilər prospektinin Rəsul Rza küçəsi ilə kəsişməsindən başlayaraq Azadlıq meydanına qədər olan hissəsi nəqliyyat üçün bağlanıb. APA TV-nin xəbərinə görə, bir neçə gün həmin ərazidə asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq. Buna alternativ olaraq Zərifə Əliyeva küçəsində nəqliyyatın ikitərəfli hərəkəti təşkil olunub. Belə ki, Azneft dairəsindən gələn avtomobillər Rəsul Rza küçəsinə dönərək Muzey Mərkəzinin (köhnə Lenin Muzeyi) arxa tərəfindən keçməklə Zərifə Əliyeva küçəsi ilə Azadlıq meydanına qədər yolunu davam etdirə bilərlər. Bundan əlavə, yeraltı su xətlərinin təmiri ilə əlaqədar olaraq Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Təmir işlərinin yanvarın 18-dək davam etdirilməsi nəzərdə tutulur. Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Длительность: 1:15 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Küçələr
Пожаловаться

Похожие видео