Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü

1236 Просмотров

Добавлено: 13.01.2016
Категории: Разное

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az report-a istinadən bildirir ki, hadisə Qusar-Xudat yolunun 8-ci kilometrliyində qeydə alınıb. Qusar sakini Zöhrabey Yüzbəyovun idarə etdiyi Qusar-Yuxari Zeyxur marşrutu ilə Xudat sakini Rüfət İlyasovun idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində mikroavtobusada olan 10 nəfər xəsarət alıb. Yol qəzasının baş verməsinə səbəb ilkin versiya olaraq yolun buzlu olması göstərilir. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalara başlanılıb.