Lənkəranda konfet ağacı - Qənddən 300 dəfə şirin meyvə

Ağacın meyvələrindən müalicə üçün istifadə olunur.

Lənkəran rayonunun Bürcəli kənd sakini Nizam Cabbarovun şəxsi həyətyanı təsərrüfatında yetişdirilən konfet ağacına maraq günü-gündən artır.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, ötən əsrin 80-ci illərində Lənkərana gətirilən konfet ağacının toxumlarını bazardan alan Nizami Cabbarov onu həyətyanı sahəsində əkərək çoxaldıb. Hazırda bağbanın həyətində onlarla konfet ağacı var.

Nizam Cabbarovun dediyinə görə əvvəllər bu bitkiyə maraq az olsa da, sonradan toxumlar vastəsilə artırdığı bu bitkidən artıq 100-dən çox ağac sata bilib:

"Elə ağac olub, 50 manata, elə ağac olub ki, 10 manata satmışam. Maraq göstərənlər çoxalır".

Длительность: 1:23 Просмотров: 4.9K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео