Nizami rayonu Naxçıvanski küçəsi təmir olunur

Bakının Nizami rayonu Cəmşid Naxçıvanski küçəsi təmir edilir.

"Azəryolservis ASC"-dən Milli.Az-a verilən məlumata görə, artıq sözügedən küçənin bir istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan 850 metrlik hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə təmir edilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Bundan sonra əraziyə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 8500 kvadrat metr sahənin asfaltlanması işləri aparılıb.

Длительность: 1:10 Просмотров: 6.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: küçə Təmir
Пожаловаться

Похожие видео