"Məni uşağın valideyni göndərib, onu evə aparmağa gəlmişəm..." - TƏHLÜKƏ

8646 Просмотров

Добавлено: 12.01.2016
Категории: Разное
Тэги: uşaq , valideyn , orta məktəb

"Məni uşağın valideyni göndərib. Onu evə aparmağa gəlmişəm". Orta məktəblərin birində naməlum şəxs şagirdlərdən birini bu yolla sinifdən çıxarmağa cəhd göstərib. Milli.Az bildirir ki, həmin məktəblinin valideyni hadisəni "Xəzər Xəbər"ə danışıb. Bununla bağlı əməkdaşlarımız məktəblərdə təhlükəsizlik məsələsini araşdırıb. Hadisə 10 gün əvvəl baş verib. Naməlum şəxs orta məktəbə gələrək uşaqlardan birinin valideyni tərəfindən göndərildiyini, onu evə aparmaq üçün gəldiyini bildirib.