Tuninq avtomobil sürənlərin nəzərinə

Əsasən gənc sürücülər avtomobillərinin yaxşı görünməsi üçün onun müxtəlif hissələrini daha müasirləri ilə dəyişir. Xüsusilə tuninq atelyelərində edilən bu dəyişikliklərə böyük pullar xərclənilsə də, belə hal qanunla qadağandır. Yol polisi avtomobilində dəyişiklik edən sürücüləri hər an saxlayıb onun əvvəlki vəziyyətə qaytarılmasını tələb edə bilər.
Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, bəzi sürücülər ili köhnə olan avtomobillərini daha müasir göstərmək üçün onun ön və arxa buferlərini, güzgülərini, ön fara və arxa stoplarını dəyişirlər. Qanunvericiliklə isə bu, qadağandır.

Paytaxtdakı bir çox tuninq atelyelərdə isə avtomobillərə belə dəyişikliklər etmək üçün 2-3 min manatdan 10-15 min manata qədər pul tələb edilir. Son günlər polis tərəfindən də belə avtomobilləri idarə edən sürücülərə qarşı nəzarət gücləndirilib.

Длительность: 1:38 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: avtomobil sürücü
Пожаловаться

Похожие видео