Göygöl meşəsində dövlət işçisinin qətlinin TƏFƏRRÜATI

1026 Просмотров

Добавлено: 11.01.2016
Категории: Разное
Тэги: meşə , qətl

Göygöldə meşə təsərrüfatı işçisi qətlə yetirilib. Cinayəti 21 yaşlı Türkmənistan vətəndaşının törətdiyi məlum olub. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisəyə ilkin səbəb kimi tərəflər arasında qanunsuz ağac kəsmə ilə bağlı yaranan mübahisə göstərilir. Yanvarın 10-u, saat 14:00 radələrində Göygöl rayonunun Şəhriyar kəndi ərazisindəki meşədə qanlı olay baş verib. Gəncə qəsəbə sakini, 28 yaşlı Rəşad Əliyev çoxsaylı bıçaq zərbələrinə tuş gəlib. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Göygöl rayon polisinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qətlin Türkmənistan vətəndaşı Şahsayit Sayfromov tərəfindən törədilməsi müəyyən edilib.