Rusların əl çəkə bilmədiyi türk limonu

557 Просмотров

Добавлено: 09.01.2016
Категории: Разное
Тэги: limon

Türk limonu rusların embarqo siyahısından kənarda qaldı. Milli.Az ANS TV-yə istinadən bildirir ki, dünyada "vodka" deyiləndə ilk ağla gələn Rusiyadır. "Vodka"nın vətəni Rusiyada isə limon Türkiyəni xatırladır. Limon qrip və diyər soyuqdəymə xəstəliklərinin dərmanı olmaqla yanaşı həm də "vodka"nın olmazsa - olmazıdır. Xüsusilə soyuq qış aylarında ruslar "vodka"nı limonla içirlər. Xalqın "vodka" keyfini pozmamağa xüsusi diqqət yetirən Putin elə bu səbəbdən də türk limonunu sanksiyalar xaricində tutmağa qərar verdi.