Türkiyəyə məxsus avtomobil Tovuzda aşdı

TTV-nin məlumatına görə, Bakı-Qazax avtomagistralının 440-cı kilometrliyində Tovuz rayon ərazisində yol qəzası baş verib. Türkiyə Respublikasına məxsus ağır tonnajlı "Mercedes" markalı yük avtomobili əkin sahəsinə aşıb. Hatay vilayətindən olan 24 yaşlı Bahri Şanverdi hadisə şahidlərinin köməyi ilə TIR-dan çıxarılıb. Qəza zamanı xəsarət alan olmasa da, yol infrastrukturuna ciddi ziyan dəyib. Hadisənin dəqiq səbəblərini Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xİdmətinin əməkdaşları araşdıracaq.

Длительность: 0:51 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Qəzalar
Пожаловаться

Похожие видео