Banklara güzəşt edildi: krediti olanlar oxusun

2714 Просмотров

Добавлено: 08.01.2016
Категории: Разное
Тэги: bank , kredit , güzəşt

Mərkəzi Bank kommersiya banklarına güzəşt edib. "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydaları"na edilən dəyişikliklərə əsasən, indi bankların rezervləri daha çox olacaq. Ekspertlər hesab edirlər ki, Mərkəzi Bank tərəfindən edilən bu güzəştlər, kommersiya banklarını öz müştərilərinə güzəştlər verməyə vadar etməlidir. Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, Mərkəzi Bank dövriyyədəki pulları artırmaq üçün tədbirlər görüb. Qeyri-qənaətbəxş aktivlər, yəni qaytarılma müddəti 60 gün gecikdirilmiş problemli kreditlər üzrə ehtiyat dərəcəsini 30%-dən 25%-ə, təhlükəli aktivlər, yəni 6 ay ərzində ödənilməyən kreditlər üzrə isə 60%-dən 50%-ə endirib.