Rusiyada oğurlanan azərbaycanlı biznesmen qətlə yetirilib

Rusiyanın Surqut şəhərində biznes fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşı, 49 yaşlı Barat Əkbərov öldürülüb. Bu barədə məlumatı Şəhər Polis İdarəsi yayıb.<br />APA TV-nin xəbərinə görə, Barat Əkbərov bu il yanvarın 16-da evinin qarşısından oğurlanıb. Rusiya Daxili İşlər Nazirliyinin Xantı-Mansiysk Muxtar Vilayəti üzrə Polis İdarəsinin yaydığı məlumata əsasən, ət istehsalı ilə məşğul olan biznesmen evinin yaxınlığında “Moskviç-2141” markalı maşınla naməlum istiqamətə qaçırılıb. Hadisə yerindən onun qanlı papağı tapılıb. Biznesmenin itkin düşməsi ilə bağlı məlumatı polisə onun oğlu verib. Oğlu bildirib ki, atası saat 22.00 radələrində evlə telefon əlaqəsi saxlayaraq, evə gəldiyini deyib. Az sonra sahibkarın "Toyota Land Cruiser" markalı avtomobili yaşadığı binanın qarşısında aşkarlansa da, özü maşında olmayıb.<br /> <br />İstintaq sirri olduğundan hadisənin detalları açıqlanmır. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 95-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ehtimala görə, əslən Masallı rayonundan olan sahibkar məşğul olduğu biznes sahəsi ilə əlaqədar qaçırılıb, sonra isə qətlə yetirilib.<br />Xatırladaq ki, həmin şəxsin qaçırılmasında Azərbaycan vətəndaşı təqsirləndirilir.

Длительность: 1:15 Просмотров: 3.4K Добавлено: 9 лет назад
Категории: Происшествия
Пожаловаться

Похожие видео