Xaçmazda qəribə olay: intihara cəhd edən şəxs 500 dollar istədi

745 Просмотров

Добавлено: 25.02.2015
Категории: Происшествия

Xaçmaz rayonunda intihara cəhd edən şəxs xilas edilib. APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz rayon sakini Ələkbərov Əbülfət Nöhbala oğlu intihar etmək məqsədilə Xaçmaz dəmiryolu vağzalının işıqlandırma dirəyinə çıxıb. Hadisə yerinə FHN-nin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntihar etmək istəyən şəxs hədələyib ki, kimsə dirəyə çıxmaq istəsə, özünü yandıracaq. O, hadisə yerinə gələn ailə üzvlərinin də yalvarışlarına məhəl qoymayıb.

Əbülfət Ələkbərov intihardan vaz keçmək üçün 500 dollar pul istəyib. İstədiyi pul verilib. Amma, o, pulu yenidən yerə atıb. Fürsətdən istifadə edərək onun ayağından tutan xilasedicilər Əbülfət Ələkbərovu xilas ediblər.