Əlillik yeni meyarlar əsasında müəyyən olunacaq

306 Просмотров

Добавлено: 07.01.2016
Категории: Разное
Тэги: Əlillik , əlil

Azərbaycanda əlillik yeni meyarlar əsasında müəyyən ediləcək. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, birinci qrup əlillik ömürlük veriləcək, ikinci və üçüncü qrupların təkrar müayinəsi isə 5 ildən bir aparılacaq. Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnaməyə əsasən, birinci qrup əlillərin təkrar müayinəsi ləğv edilir. Əgər indiyədək onların əlilliyi təsdiq olunubsa, bu, ömürlük uzadılacaq. İkinci və üçüncü qrup əlillərin təkrar müayinəsi isə əvvəlki kimi ildə bir dəfə deyil, 5 ildən bir aparılacaq. Yeni müddətlərlə bağlı əlilliyi olan şəxslərin komissiyalara müraciət etmələrinə ehtiyac yoxdur. Əlillik təyinatının uzadılması avtomatlaşdırılmış sistem vasitəsilə elektron qaydada təmin olunacaq. İndiyə qədər əlillik dərəcəsinin verilməsi ilə bağlı müayinə aparan 40-a yaxın Tibbi-Sosial Ekspert Komissiyası da ləğv olunacaq.