Təhsil haqları artmayacaq

Özəl və dövlət ali təhsil müəssisələrində ödənişlər milli valyuta ilə aparılacaq. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bir sıra ali təhsil müəssisələrində ödənişin dollarla aparılacağına dair yayılan xəbərlərə münasibət bildirən Təhsil Nazirliyinin rəsmisi təhsil haqqının artırılması, yaxud azaldılması məsələsinə də aydınlıq gətirib.

Ali təhsil müəssisələrində ödənişlərin artırılması yaxud da azaldılması nəzərdə tutulmayıb. Bu barədə Təhsil Nazirliyinin Elm və Ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov deyib.

Müdir müavini "Təfəkkür" Universiteti və "Bakı Qızlar Universitetində" ödənişlərin dollarla ödənilməsi məsələsinə də aydınlıq gətirib. O, bildirib ki, fervarlın 1-dən adı çəkilən ali təhsil müəssisələrində ödənişlərin dollarla ödənilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Natiq İbrahimov onu da qeyd edib ki, bütün ali təhsil müəssisələrində təhsil haqları qəbul olduqları ildə göstərilən məbləğdir və manatladır.

Длительность: 1:17 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео