Maşında sıxışıb qalan sürücü belə xilas edildi

Bərdə rayonunda qeydə alınan qəzada sürücülər və sərnişinlər möcüzə nəticəsində sağ qalıblar.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, qəza Bərdə-Yevlax avtomobil yolunun Bərdənin Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rəşad Məmmədovun idarə etdiyi "VAZ-2106" avtomobillə, Rəşad Yadigarovun idarə etdiyi "Mercedes" markalı minik maşını toqquşub.

Toqquşmanın təsirindən "Mercedes"in sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sürücü Rəşad Yadigarov Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən minik maşınından çıxarılıb.
Hər iki avtomobilin xəsarət alan sürücüləri və "VAZ-2106"da olan sərnişin, 27 yaşlı təvəllüdlü Fərqanə Məmmədova Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Avtomobillər isə yararsız hala düşüb.

Длительность: 0:41 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео