Şamaxıda bəzi yollar bağlanıb

Ötən günlərdə şimal-qərb bölgəsinə düşən qar özü ilə bəzi problemlər gətirib. Bəzi dağlıq rayonlarda yolların buz bağlaması nəqliyyatın hərəkətini iflic edib.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şamaxıda bəzi ucqar yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Güclü qar bəzi istiqamətlərdə nəqliyyatın hərəkətində böyük problemlər yaradıb. Hazırda Şamaxının 10 kəndi ilə nəqliyyat əlaqəsi, demək olar ki, kəsilib. Bu istiqamətdə hərəkət edən sürücülər geri qayıtmaq məcburiyyətində qalıb.

Magistral yollarda da avtomobillərin hərəkətində çətinliklər yaşanıb. Yolların həddindən artıq sürüşkən olması qəza təhlükəsi yaradıb.

Длительность: 2:06 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: yollar yol Qar
Пожаловаться

Похожие видео